Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstirahət günləri ölkədə cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb

İstirahət günləri ölkədə cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb

Tarix: 15 Fevral 2021 09:45

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi həftə sonu ölkə ərazisində baş verən vinayətlərin statistikasını açıqlayıb.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, fevralın 13-dən 15-dək respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.


Etiketlər:  İstirahət günləri ölkədə cinayət törətməkdə şübhəli bilinən nəfər saxlanılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ