Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hamısının məndə dosyesi var, rüsvay edərəm'' - Floradan Faiqə cavab

''Hamısının məndə dosyesi var, rüsvay edərəm'' - Floradan Faiqə cavab

Tarix: 15 Fevral 2021 11:40

Bir nəfər bu yaxınlarda məni çox təriflədi. Bizim münasibətimiz alınmadı. Qızım dedi ki, bəzilərinə keçirsən, bəzilərinə yox, niyə? Dedim, çünki onların ağıl səviyyəsi müxtəlifdir. Mən ağıllıdan umuram.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Flora Kərimova "ATV maqazin onlarla" proqramında deyib. Müğənni illərdir küsülü olduğu Faiq Ağayevdən danışıb. Kərimova Ağayevin ötən həftə onunla bağlı dediklərinə münasibət bildirib:

"Uşaq deyiləm. Bir dəfə hadisə oldu, Faiqin bu sözü deməsinin yeri yox idi. Faiq mənə dedi ki, qıcqırmış eqo. Ondan sonra Faiqə üzümü bozartdım. Özü də başa düşdü axırı pis olar. Dəyməsinlər mənə. Elə etməyin ki, sizi rüsvay edim. Mənə sataşan xeyir görmür. Hamısının haqqında məndə dosye var. Özüm yığmıram, yığanlar yığır. Sabah kimsə sataşsa, zəng edəcəm ki, uşaqlar mənə məlumat verin. Onun qanı getdi. Nə istəyirsiz məndən?"

Qeyd edək ki, Faiq Ağayev F.Kərimova haqda "Aramızda 32 il fərq var. Yaşını, ağbirçəkliyini, böyük sənətini sevərək həyatıma davam edirəm. Darıxmışıq, mahnılar yazdırsın. Allahın lütfi üzərində, səsi yerindədir. Flora Kərimovanın ifaları Azərbaycan xalqına lazımdır. O, çox zəngin sənət baqajı olan insandır. Bizim aramızda çox səmimi münasibət olub. Mən Bakıda olmayanda ailəmə, atama zəng vurub danışırdı. Heç mənə demədən... Baxın, mən onu qoruyub saxlayıram. Ondan o yana keçmək istəmirəm" sözlərini söyləyib.


Etiketlər:  Hamısının məndə dosyesi rüsvay edərəm Floradan Faiqə cavab


RƏYLƏR