Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Zədəlilərimiz çoxdur, narahatam"

Tarix: 15 Fevral 2021 18:44

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandada zədəli futbolçuların çoxluğundan narahatdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis son olaraq  La Liqanın 23-cü turunda "Valensiya" ilə matçda (2:0) Daniel Karvahalın zədələndiyini bildirib:

"Heç nə başa düşmürəm. Zədəlilərimiz çoxdur, narahatam. Bir oyunçunu itirəndə bu, məşqçi kimi məni narahat edir. Təəsüfləndim, çünki Karvahal bizim üçün vacib oyunçudur. Zədə problemlərinin səbəbini sizə izah edə bilmirəm. Bir məşqçi üçün zədələr ən pisdir".

Qeyd edək ki, "Real"da Karvahalla yanaşı, Eden Hazard, Serxio Ramos, Marselo, Rodriqo, Federiko Valverde və Eder Militao zədəlidir

Milli.Az


Etiketlər:  Zədəlilərimiz çoxdur narahatam


RƏYLƏR