Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 21:12
Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Məsut Özil komandaya xeyir verməyə başlayıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 32 yaşlı yarımmüdafiəçinin müqavilə imzalanma tədbirində qol çəkdiyi üç forma auksionla ümumilikdə 36 min 50 avroya satılıb.
Arxasında 67 rəqəmi və Özilin adı yazılan "zolaqlı" forma 26 min, "qızılı" forma 4800, "lacivərd" forma isə 5250 avro qarşılığında yeni sahibinə təqdim olunub.
Bununla Özil Fransanın PSJ klubunun hücumçusu Neymara məxsus rekordu yeniləyib. Braziliyalı forvardın auksiona çıxarılmış PSJ forması 13 min avroya satılmışdı.
Qeyd edək ki, yanvarda "Fənərbaxça" ilə 3,5 illik müqavilə imzalayan Məsut Özil artıq 4 matçda iştirak edib.