Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 19:22
İsveç- İngiltərə şirkəti "AstraZeneca"nın istehsal etdiyi peyvəndin Ukraynada qeydiyyat proseduruna başlanılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın İctimai Səhiyyə Mərkəzinin Mətbuat Xidməti məlumat verib.
"Dünən, 15 fevral 2021-ci il tarixində Ukraynada "Oxford/AstraZeneca" peyvəndinin qeydiyyatı üçün Ukrayna Səhiyyə Nazirliyinin Dövlət Ekspert Mərkəzinə müraciət təqdim edilib",- deyə məlumatda qeyd olunub.
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Oxford/AstraZeneca" peyvəndini təcili istifadə üçün təsdiqlədiyini açıqlamışdı.