Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 19:48
Hindistanın "Agnikul Cosmos" startapı dünyada ilk dəfə tamamilə 3D printerdə çap edilmiş raket mühərrikini uğurla sınaqdan keçirib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, çap prosesinə 4 gün vaxt sərf edilib. Mühərrikin köməyi ilə Yer kürəsinin səthindən təxminən 700 km yüksəklikdə yerləşən aşağı yerətrafı orbitə ağırlığı 100 kq-dək olan mikro və nanopeyklər çatdırmaq olar.
Onlar bildiriblər ki, adətən raket mühərrikləri fərdi qaydada yığılması tələb olunan yüzlərlə müxtəlif hissədən ibarət olurlar. Ancaq "Agnilet" mühərriki bu mənada universaldır: o, asanlıqla vahid avadanlığa birləşdirilə bilən üç moduldan ibarətdir.
Onların quraşdırılması çətin deyil və mühərrikin istehsalına az vaxt sərf edilir.
Yeniliyin müəllifləri uğurlu sınaqdan sonra yaradılmış konstruksiyanı və çap prosesini daha da təkmilləşdirməyi planlaşdırırlar.