Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Florentino, elə indi get!

Florentino, elə indi get!

Tarix: 26 Aprel 2019 13:32

"Real" azarkeşləri komandanın çıxışından narazıdır.

Qol.az "AS" nəşrinə istinadən xəbər verir ki, fanatlar növbəti dəfə klub prezidenti Florentino Peresi istefaya səsləyib. Onlar ötən gün La Liqanın 34-cü turunda "Hetafe" ilə keçirilən görüşün (0:0) ilk hissəsinin sonunda "Florentino, elə indi get" yazılmış pankart açıblar.

Madrid klubunun azarkeşləri daha əvvəl  "Selta" və "Leqanes"lə görüşlərdə də klub prezidentini istefaya çağırmışdılar.

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran "Real" hazırda La Liqada 3-cü pillədə qərarlaşıb.
 


Etiketlər:  Florentino elə indi


RƏYLƏR