Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İntensiv yağıntılar gözlənilmir'' - Umayra Tağıyeva

''İntensiv yağıntılar gözlənilmir'' - Umayra Tağıyeva

Tarix: 18 Fevral 2021 15:32

Bu gün və fevralın 19-da gecə və səhər saatlarında respublikanın bəzi bölgələrində yağıntılar müşahidə olunacaq. Lakin proses zəiflədiyindən intensiv güclü yağıntılar gözlənilmir.

Bunu Sonxeber.net-a ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Türkiyə ərazisindən ölkəmizə daxil olan soyuq atmosfer siklonları artıq respublika ərazisini tərk edir. Buna görə də bugün gün ərzində bölgələrdə intensiv yağıntılar gözlənilmir:

"Lakin ötən gecə respublikanın bir sıra rayonlarında intensiv qar yağdı. Ən çox düşən yağıntının miqdarı Kicik Qafqazın ərazilərində müşahidə olundu. Gəncə və Ağstafa rayonlarında bir sutka ərzində düşən yağıntının miqdarı aylıq yağıntı normasına yaxın oldu. Bu bölgədə 28 sm-lik qar örtüyü yaranıb. Böyük Qafqazın ərazilərində qarın hündürlüyü 40 sm-ə qədər olub. Burada havanın temperaturu kəskin enərək dağlıq və yüksək dağlıq ərazilərdə mənfi 14 dərəcəyədək aşağı enib".

U.Tağıyeva əlavə edib ki, Bakıda yağıntılar əsasən, sulu qar şəklində qeydə alınıb:

"Proses Bakıya yaxınlaşdıqda bir qədər yumşalır və buna görə də yağıntılar sulu qar şəklində düşür. Bu gecə paytaxtda havanın temperaturu mənfi 1 dərəcəyə qədər enib. Artıq bu proses zəifləyib. Əsas bulud sistemi şərqə doğru hərəkət edir".


Etiketlər:  İntensiv yağıntılar gözlənilmir Umayra Tağıyeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ