Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqatalada karantin qaydalarını pozan çay evi aşkarlanıb - VİDEO

Zaqatalada karantin qaydalarını pozan çay evi aşkarlanıb - VİDEO

Tarix: 19 Fevral 2021 18:10

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, şəhərin Vidadi küçəsində yerləşən "Şirin həyat" adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər Polis Şöbəsinə gətirilib.

Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Milli.Az


Etiketlər:  Zaqatalada karantin qaydalarını pozan çay aşkarlanıb VİDEO


RƏYLƏR