Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən çox onlar sevinir - Məktəbdə 1 gün - VİDEO

Ən çox onlar sevinir - Məktəbdə 1 gün - VİDEO

Tarix: 19 Fevral 2021 20:14

Artıq 20 günə yaxındır ki, orta məktəblərdə əyani tədris qismən bərpa olunub. İbtidai siniflər həftədə 3 dəfə, V-IX siniflər isə iki dəfə olmaqla dərsə gedirlər. Şagird sayı 20 nəfərdən çox olan siniflər yarımqruplara bölünür, dərslər epidemioloji vəziyyət nəzərə alınmaqla, ara məsafəsi saxlamaqla həyata keçirilir. Həmçinin valideynə övladının distant və ya ənənəvi qaydada tədrisə cəlb edilməsi ilə bağlı seçim imkanı verilib.

Təhsil müəssisələri açılar-açılmaz məktəblərin yenidən bağlanacağı ilə bağlı şayiələr də dolaşmağa başlayıb. İddia olunur ki, yaxın vaxtlarda yenidən distant təhsilə keçiləcək. Lakin son vaxtlar virusa yoluxma statistikasındakı azalma və kütləvi vaksinasiya prosesinə başlanılması bu sahədə vəziyyətin heç də gərgin olmadığından xəbər verir.  

Bəs uzun müddət bağlı qalan məktəblərdə pandemiya şəraitində tədris necə təşkil olunur? Məktəbdəki ab-hava, şagirdlərin təhsilə marağı, dərsə davamiyyəti necədir?

Sonxeber.net qafqazinfo-ya istinadən bildirir ki, bu və digər suallara cavab tapmaq üçün paytaxtın Nərimanov rayonunda yerləşən 212 nömrəli məktəbdə olub. Məlum olub ki, ötən tədris ilini və ötən yarımili məhdudiyyətlərlə başa vuran şagirdlər əyani dərslərə daha çox can atırlar. Məktəbdə təhsil alan şagirdlərin 96 faizi əyani dərslərə qoşulub. 

Təhsil müəssisəsində şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Məktəbə daxil olan şagirdlərin temperaturu ölçülür, əlləri spirtlənir, onlar ara məsafəsi gözlənməklə sinfə daxil olurlar. 

Məktəbin direktoru Məlahət Rəhimovanın sözlərinə görə, məktəblilər əyani dərslərdə çox maraqlıdırlar: "Məktəbimizdə 2336 şagird təhsil alır. Uşaqların demək olar ki, hamısı böyük həvəslə dərsə gəlir. Şagirdlərin təxminən 6 faizinin valideyni müəyyən səbəblərdən iltizam imzalayıb, 94 faiz şagirdimiz isə əyani dərslərə qatılır. Uşaqlar bu günü, sanki, çoxdan gözləyirdilər. Amma bununla yanaşı virtual dərslərimiz də müvəffəqiyyətlə davam edir. Bizə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən təlimatlar gəlib, o təlimatlara uyğun olaraq işimizi qururuq. Operativ Nəzarət Komissiyamız var. Məktəbdə şagirdlər arasında ara məsafəsini qoruya bilirik. Siniflərdə müxtəlif posterlər asılıb, uşaq və valideynlərlə maarifləndirici söhbətlər aparılır". 


Etiketlər:  çox onlar sevinir Məktəbdə gün VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ