Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət qulluğuna imtahan verən şəxsdə səsötürücü qurğu tapılıb

Dövlət qulluğuna imtahan verən şəxsdə səsötürücü qurğu tapılıb

Tarix: 19 Fevral 2021 22:06

Bu gün keçirilən inzibati rəhbər (A növü) vəzifələrə aid qruplar üzrə dövlət qulluğuna qəbul imtahanında hazırda dövlət qulluqçusu olmayan və dövlət orqanlarının birində müqavilə əsasında çalışan 1 namizədin üzərində səs ötürücü qurğu tapılıb.

Dövlət İmtahan Mərkəzindən Sonxeber.net-a verilən məlumata görə, həmin namizəd ötürücüdən istifadə etməyə çalışarkən bu hal zal nəzarətçiləri tərəfindən aşkar olunmuş və müvafiq protokol tərtib olunmaqla namizəd imtahandan kənarlaşdırılıb. Həmin şəxslə bağlı müvafiq dövlət orqanına da müraciət olunacaq.


Etiketlər:  Dövlət qulluğuna imtahan verən şəxsdə səsötürücü qurğu tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ