Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 10:18
Barselonada şəhər polisi terroru təbliğ etməkdə və Krala qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırılan reper Pablo Aselin həbsinə qarşı etiraz aksiyaları iştirakçılarına güc tətbiq edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Barselonanın mərkəzindəki mitinq iğtişaşlara çevrilib. Bir qrup etirazçı barrikadalar qurmağa, mağazaları qarət etməyə və polislərə müxtəlif əşyalar atmağa başlayıb. Jiron və Vilyafranka-del-Penedesdə də manifestasiyalar zamanı müxtəlif insidentlər qeydə alınıb. İndiyədək üç nəfərin saxlanıldığı bildirilir.
İspaniya şəhərlərində mitinqlər fevralın 16-dan keçirilir. Aksiyalar iğtişaşlara çevrilir, polis manifestantlara qarşı güc tətbiq edir. Nəticədə onlarla etirazçı saxlanılıb, onlarla insan xəsarət alıb.
Qeyd edək ki, Asel tvitterdəki paylaşımlarında və yutubda yerləşdirdiyi mahnısında terroru təbliğ etdiyinə və Krala qarşı təhqiramiz ifadələr işlətdiyinə görə doqquz aylıq həbs cəzasına məhkum edilib