Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədən gətirilən 6 ton darçının satışına icazə verilmədi

Bu ölkədən gətirilən 6 ton darçının satışına icazə verilmədi

Tarix: 20 Fevral 2021 18:22

Vyetnamda "Hanfimex Group" müəssisəsi tərəfindən istehsal olunan və "KAMSER TRADE GROUP" MMC tərəfindən ölkəmizə idxal edilən altı ton darçın məhsulu partiyasına AQTA müfəttişləri baxış keçirib.

Agentlikdən Sonxeber.net-a bildirilib ki,baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində ağır metallar qrupuna aid olan kadmiumun (Cd) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.


Etiketlər:  ölkədən gətirilən darçının satışına icazə verilmədi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ