Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 21:48
Gürcüstanın xarici işlər naziri postuna namizəd David Zalkaliani "3+3" platformasına dair Azərbaycan və Türkiyədən olan həmkarları ilə müzakirələr aparacaq.
Sonxeber.net APA-ya istinadla xəbər verir ki, bunu D. Zalkaliani parlamentin komitə iclasında çıxışı zamanı deyib. O bildirib ki, regionda olduqca mürəkkəbə vəziyyət yaranıb və təklif edilən platformalarla bağlı yekun qərarı Cənubi Qafqazın üç ölkəsi verməlidir.
"Regionda olduqca mürəkkəb vəziyyət yaranıb, biz "3+3", "3+2" kimi müxtəlif önəmli platformaların yaradılmasının təklif edildiyini görürük. Məsələ tərəfdaş ölkələrlə dialoqun aparılmasını tələb edir və qərar qəbul etmək sadəcə Cənubi Qafqazın üç ölkəsinin öhdəsinə düşür. Mən bununla bağlı azərbaycanlı və ermənistanlı tərəfdaşlarımızla müəyyən mövzularda müzakirələr aparmışam. Eyni zamanda, məsələ ilə əlaqədar azərbaycanlı və türkiyəli tərəfdaşlarımızla da müzakirə aparacağam", - deyə D. Zalkaliani qeyd edib.