Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Beylə hörmətsizlik etməmişəm" - Zidan

Tarix: 23 Iyul 2019 18:20

"Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beylə hörmətsizlik etdiyi iddialarına münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis bunu təkzib edib. O, heç kimə hörmətsizlik etmədiyini söyləyib:

"Beyl barədə açıq danışacağam. İlk növbədə, heç kimə hörmətsizlik etməmişəm, xüsusilə də bir oyunçuya. Həmişə eyni şeyi söyləmişəm. Futbolçular mənim üçün çox önəmlidir və hər zaman onların yanındayam. İkincisi, klubun onunla yolları ayırmaq istədiyini söylədim. Qaret "Bavariya" ilə matçda özü istəmədiyi üçün oynamadı. Klubun onunla yolları ayırmağa hazırlaşdığını, buna görə də oynamağı düşünmədiyini bildirdi".

Qeyd edək ki, Zidan Beynəlxalq Çempionlar kubokunda "Bavariya" ilə oyundan sonra Beylin "Real"dan ayrılacağına ümid etdiyini və bunun hər iki tərəf üçün yaxşı olacağını söyləyib. Bu açıqlamadan sonra uelsli hücumçunun agenti Conatan Bernatt Zidanın oyunçuya hörmət etmədiyini bildirmişdi.

 


Etiketlər:  Beylə hörmətsizlik etməmişəm Zidan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ