Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 16:34
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2021-ci ilin yanvar ayında mümkün olan yığım və ödənişləri açıqlanıb.
Sonxeber.net xəbər verir ki, valyuta.az Mərkəzi Bankın hesabatına əsasən, sığortaçı şirkətlərinin ödənişləri üzrə renkinqini hazırlayıb.
Siyahıya 24,8 milyon manat sığorta ödənişi ilə Paşa Həyat Sığorta liderlik edir.
Dövlət Sığorta Kommersiya Şirkətinin yanvar ayındakı ödənişlərinin ümumi məbləği isə 15,6 milyon manata yaxın olub.
Siyahıda 3-cü olan Paşa Sığorta şirkəti müştərilərinə 7,5 milyon manata yaxın ödəniş edib.
İlk dəfə olaraq "Naxçıvansığorta"nın ödənişləri də açıqlanıb. Şirkət yanvarda 24 min manat məbləğində ödəniş edib. Ödənişlər üzrə ən az göstərici "İpəl Yolu Sığorta" ASC-yə məxsusdur - 1000 manat.
Sığorta şirkəti |
Ödənişin məbləği |
"Paşa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
24 800 000 |
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti |
15 517 000 |
"Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
7 482 000 |
"Atəşgah Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
3 645 000 |
"Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
1 506 000 |
"Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
862 000 |
"A-Qroup Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti |
698 000 |
"AtaSığorta" Açıq Səhmdar Cəmiyyəti |
575 000 |
"AzSığorta" Açıq Səhmdar Cəmiyyəti |
326 000 |
"Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
298 000 |
"Günay Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
289 000 |
"Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
271 000 |
"Qala Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
226 000 |
"Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
214 000 |
"Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
73 000 |
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
27 000 |
"Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti |
24 000 |
"Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
9 000 |
"İpək Yolu Sığorta" ASC |
1 000 |