Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 17:06
Gürcüstan müxalifəti parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, müxalif partiyaların çağırışı ilə parlament binası qarşısına toplaşan etirazçılar müxalif "Vahid Milli Hərəkat" partiyasının lideri Nika Melianın azadlığa buraxılmasını və ölkədə erkən parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Aksiya səbəbi ilə Şota Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Əraziyə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.