Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 18:56
"Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç "Los-Anceles"lə çempionat oyununda (3:2) rəqib komandanın müdafiəçisi Məhəmməd Munitin almacıq sümüyünü sındırıb.
Qol.az-ın MLS-in rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, hadisə futbolçular top uğrunda hava mübarizəsinə çıxarkən yaşanıb. Dirsəyi ilə rəqibinin sifətinə zərbə endirən İbrahimoviç ona ciddi xəsarət yetirib. Munirin əməliyyat olunacağı və bu mövsüm meydana çıxa bilməyəcəyi bildirilir. İbrahimoviçi isə uzunmüddətli diskvalifikasiya gözləyir.
Qeyd edək ki, 37 yaşlı forvard həmin oyunda het-trik etmişdi.