Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 17:40
ABŞ-da koronavirusdan həyatını itirən 500 min vətəndaşın xatirəsinə beş günlük matəm elan edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qərar Prezident Co Baydenin göstərişi ilə verilib. Bu barədə dövlət başçısının mətbuat katibi Cen Psaki açıqlama verib.
Gün batarkən dövlət başçısının koronavirus qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edəcəyi və nitq söyləyəcəyi gözlənilir. Ölkədə dövlət bayraqları beş günlük endiriləcək.
Con Hopkins Universitetinin son məlumatlarına görə, ABŞ-da koronavirus infeksiyası nəticəsində həyatını itirənlərin sayı 500 min 71-ə çatıb. Ölkədə ümumilikdə 28 milyon 174 min 133 nəfər virusa yoluxub.