Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 17:46
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovun görüşü keçirilib.
Təşkilatdan Sonxeber.net-a bildirilib ki, görüşdə çıxış edən II Dünya müharibəsi veteranı Fatma Səttarova 44 günlük Vətən müharibəsini Azərbaycan şanlı tarixinin ən parlaq səhifəsi adlandırdı. F.Səttarova bildirdi: "Müqəddəs Vətən müharibəsi dövlətimiz və xalqımız üçün olduqca əhəmiyyətli idi. Biz torpaqlarımızı qaytardıq, faşizmi məğlub etdik. Bu müharibə xalqımızın vətənpərvərlik, birlik və rəşadətinin bir daha sübütu oldu. Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşməni cəbhədə, diplomatiyada və eləcə də, dünya mediasında məğlub etdik. Bu gün fəxlə deyə bilərik ki, biz qəhrəman, qalib millətik. Təəssüf ki, müharibə şəhidsiz, xəsarətsiz olmur. Sizlər Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər əllərindən gələni edirlər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız. Hər bir azərbayanlı sizlərə borcludur. Bu qələbəni ölümləri ilə ölümsüzlük qazanan şəhidlərimiz və siz qəhrəman qazilər bizlərə bəxş etmisiniz.
Respublika Vetreranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış edib, şəhid ailələrinə, qazilərimizə ölkəmizdə xüsusi diqqət göstərildiyini və bu sahədə dövlət tərəfindən bütün lazımi işlərin görüldüyünü bildirib. O, respublikamızın şəhid ailələri, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dünya miqyasında nümunə sayıldığını vurğulayıb. C.Xəlilov "Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasət respublikamızın daha da güclənməsinə təkan verəcəkdir. Yaralı hərbiçilərimizin sağlamlığına qovuşması üçün bütün zəruri tədbirlər görülür, hospitallar, reabilitasiya və sosial xidmət müəssisələrində bunun üçün hər cür şərait yaradılıb. Respublikamızda həyata keçirilən və günü-gündən təkmilləşdirilən sosial layihələr hər bir Azərbaycan vətəntaşını, xüsusən şəhid ailələrini, qaziləri və müharibə iştirakçını əhatə edir.
Hər biriminizə Allahdan can sağlığı arzulayıram. İnanıram ki, təcrübəli həkimlərimizin rəhbərliyi ilə hospitalın tibbi personalı sizin sağlamlığınızı tezliklə bərpa edəcək. İşğaldan azad edimiş torpaqlarımızda yeni, müasir tələblərə cavab verən, şəhər, qəsəbə və kəndlərin inşa edilməsində, Respublakamızın çiçəklənməsində Sizlər fədakarlıqla bundan sonar da əzmlə çalışacaqsınız.
Sizlər - rəşadətli və qorxmaz əsgər və zabitlərimiz hər zaman Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqsınız".
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və xatirə şəkli çəkdirildi.
Respublika Veteranlar Təşkilatının mətbuat xidməti