Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 19:00
Gürcüstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir neçə məhdudiyyət aradan qaldırılır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında qərar qəbul edilib.
Bildirilir ki, qərara əsasən, fevralın 25-dən ölkədə şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.
Bundan başqa, sabahdan ölkə üzrə dağ kurortlarında mehmanxanalar qonaq qəbul edə biləcəklər.
Martın 1-dən dövlət və özəl uşaq bağçaları açılacaq, martın 8-dən isə kanat yollarından istifadəyə icazə veriləcək.
Qərara əsasən, martın 15-dən teatrlar, idman klubları, peşəkar ansambllarda məşq və təlimlərin keçirilməsi mümkün olacaq, aprelin 1-dən isə fəaliyyət tam bərpa olunacaq.
Martın 15-dən, həmçinin ali məktəblərdə əyani tədrisə başlanılacaq.
Muzey və kitabxanalar isə fəaliyyətlərini martın 1-dən etibarən bərpa edəcəklər.