Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2019 00:36
"Ankarada birinci oyunumuz idi. Yoxlama görüşlərində hesab elə də vacib deyil. Düzdür, futbolçulardan istədiklərimi tam ala bilməsəm də, ən azı "Zirə"nin oyun üslübuna yaxınlaşmaq lazım idi. Bakıdakı qarşılaşmalardan fərqli Türkiyədəki görüşlərdə bu məqsədi güdürdük. Bilmək istəyirdim ki, futbolçular həm hücumda, həm də müdafiədə nələr edəcək".
Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Türkiyədə "Konkordiya" (Rumıniya) ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Matçla bağlı fikirlərini bildirən mütəxəssis qolsuz heç-heçəni şərh edib:
"Yaxşı imkanlarımız oldu, bəzən pis də çıxış etdik. Amma bu, bizi narahat etmir. Futbolçuları başa düşürəm, komanda ilk məşqlərdən sonra meydana yorğun halda çıxmışdı. Komandaya gec qoşulan Anastasios Papazoğlu, Soni Norde və Miloş Bakraç tam hazır deyil. Onlar da yavaş-yavaş bu oyunlarda formaya düşəcək. Xoş hal o oldu ki, gənc komandalarımızdan da bir neçə futbolçu bizimlədir. Bu gün də onlardan ikisi meydana çıxdı. 16 yaşı olmağına baxmayaraq, Cəlal Hüseynov yaxşı təsir bağışladı. Həmçinin Kənan Cəfərov da pis təsir bağışlamadı. Tam gücümüzlə hazırlaşırıq, qarşıda daha 3 yoxlama oyunumuz var. Ümid edirəm ki, Premyer Liqanın startına kimi hər şey daha da yaxşı olacaq".