Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 10:06
Rusiyanın "Rostov" klubunun baş məşqçisi Valeri Karpinin həyat yoldaşı ilə qeyri-adi söhbətinin detalları üzə çıxıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu Darya Karpina öz instaqram səhifəsinə açıqlayıb.
Vaxtilə futbol veteranına 25 il öncə Valera dayı dediyini açıqlamaqdan çəkinməyən xanım bu dəfə həyat yoldaşını ölüm həddinə çatdırıb: "Ərimlə restorandakı dünənki söhbət. Mən: əgər Jorikə hamilə qalsam, məşq etməyə davam edəcəyəm. Ərim: hamilə qalsan, nə istəsən edə bilərsən, çünki mən özümü güllələyəcəyəm".
Qeyd edək ki, Valeri və Darya Karpinlər 2017-ci ilin iyunundan münasibətdədir.