Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ançelotti qalır, ya gedir?

Ançelotti qalır, ya gedir?

Tarix: 26 Fevral 2021 15:10

"Everton"un baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisində uzun müddət çalışmaq istədiyini deyib:

"Mümkün qədər "Everton"da qalmağı düşünürəm. Yeni stadionun açılacağı anı yaşamaq istəyirəm. Bu mənim üçün yaxşı bir nailiyyət olacaq.

Məncə müqaviləm sona çatanadək klubla yaxşı işlər görəcəyiksə, yollarımızı ayırmaq ehtimalı yoxdur. Çox güman ki, mənimlə davam edəcəklər".

Qeyd edək ki, Ançelottinin "Everton"la hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Milli.Az


Etiketlər:  Ançelotti qalır ya gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ