Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekvadorun səhiyyə naziri istefa verdi

Ekvadorun səhiyyə naziri istefa verdi

Tarix: 27 Fevral 2021 13:50

Ekvadorda səhiyyə naziri Juan Karlos Zevallosun qohumları və bəzi dövlət məmurlarına qeyri-qanuni yolla koronavirus peyvəndi vurdurması qalmaqala səbəb olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə tənqidlərə məruz qalan nazir vəzifəsindən istefa verib.

Ekvador mətbuatında yer alan xəbərlərə görə, o, istefasını Prezident Lenin Morenoya təqdim edib.

Qeyd edək ki, Zevallosun anasının yanvarın 23-də özəl bir sağlamlıq mərkəzində "COVID-19" peyvəndi olduğu ortaya çıxmışdı.

Bir neçə universitet rektoru və dövlət məmurunu peyvənd olunmağa dəvət edən Zevallos müxalifət tərəfindən ciddi tənqid edilmişdi.

Ekvadorda indiyə qədər 282 min 599 nəfər virusa yoluxub, 15 min 713 nəfər dünyasını dəyişib.


Etiketlər:  Ekvadorun səhiyyə naziri istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ