Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19: Braziliyanın paytaxtı sutkaboyu lokdaun rejiminə keçir

COVID-19: Braziliyanın paytaxtı sutkaboyu lokdaun rejiminə keçir

Tarix: 27 Fevral 2021 18:50

COVID-19 infeksiyasının yayılmasını azaltmaq məqsədilə fevralın 27-dən Braziliyanın paytaxtı sutkaboyu lokdaun rejiminə keçir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Braziliya paytaxtının qubernatoru zəruri xidmət sahələri istisna olmaqla, hamı üçün fasiləsiz lokdaun rejimi elan edib.

Şənbə günündən etibarən mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri, kilsə və cənazə xidmətləri işlərinə davam edəcək, digər biznes sahələri, o cümlədən ötən ilin sonlarında yoluxma səviyyəsinin artmasına səbəb olan bar və restoranlar fəaliyyətini dayandıracaq.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkənin ən böyük üçüncü şəhəri, 3 milyon əhalisi olan paytaxt Braziliada reanimasiya palatalarının 80 faizi dolub. Ötən il pandemiyanın pik vaxtında da eyni göstərici qeydə alınmışdı.

Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına görə, son sutka ərzində Braziliyada koronavirusa 63 mindən çox yoluxma halı aşkarlanıb və 1327 nəfər ölüb. Ümumilikdə orada COVID-19 infeksiyasına yoluxanların sayı 10 milyon 457 min nəfəri ötüb, 252 min 988 nəfər həyatını itirib.

Braziliya koronavirusa yoluxma hallarının sayına görə, ABŞ və Hindistandan sonra üçüncü, ölüm hallarının sayına görə isə ABŞ-dan sonra ikinci yeri tutur.


Etiketlər:  COVID Braziliyanın paytaxtı sutkaboyu lokdaun rejiminə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ