Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İlk vaxtlar yanında məşq etməyə utanırdım” - Sevgilisi Ronaldu haqda

''İlk vaxtlar yanında məşq etməyə utanırdım” - Sevgilisi Ronaldu haqda

Tarix: 1 Mart 2021 14:06

"Yuventus"un hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges maraqlı açıqlamalarla diqqət çəkib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, tanınmış model 2016-cı ildən bir yerdə yaşadığı portuqaliyalı superulduz haqda danışıb.

Rodriges 36 yaşlı forvarddan çox şey öyrəndiyini etiraf edib: "O, daim əhval-ruhiyyəmi artırır. İlk vaxtlar yanında məşq etməyə utanırdım. Çünki o, Kriştianu Ronaldudur. Amma getdikcə böyük sevgisi ilə mənə motivasiya verdi. Ailə mənim üçün hər şeydən öndə gəlir. Bu səbəbdən uşaqlar və Ronaldu ilk sıradadır".

2018-ci ildən Turində yaşadıqlarını söyləyən Rodriges çox xoşbəxt olduqlarını deyib: "Uşaqların həyətdə oynaya biləcəyi böyük bir evdə qalırıq. Burada heç nədən ötrü darıxmırıq, çox xoşbəxtik. Düzdür, çölə rahat çıxa bilmirik. Amma maska sayəsində bəzən tanınmadan küçədə gəzə bilirik. Kriştianu əla ata və xəyalını qura biləcəyim ən mükəmməl yoldaşdır".

Corcina sevgilisinin məğlub olduqları matçlardan sonrakı əhvalından da danışıb: "Əgər oyun istədiyi kimi getmirsə, əlbəttə ki, məyus olur. Amma o, futbolda məğlubiyyətin də olduğunu qəbul edir və daha yaxşı olmağa çalışır. Özünü tənqid edir, məsuliyyət hiss edir və işini sevərək görür".


Etiketlər:  İlk vaxtlar yanında məşq etməyə utanırdım Sevgilisi Ronaldu haqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ