Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qrizmannın "Barselona"da oynamasına qadağa qoyula bilər

Qrizmannın

Tarix: 24 Iyul 2019 13:36

Mövsümün sonunda "Atletiko"nu "Barselona"ya dəyişən Antuan Qrizmannın Kataloniya klubunda oynamasına qadağa qoyula bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə La Liqa prezidenti Xavyer Tebas məlumat verib. Madrid təmsilçisinin fransalı hücumçunun transferi ilə bağlı "Barsa"nı quruma şikayət etdiyini bildirən X. Tebas məsələnin araşdırılacağını söyləyib:

"Atletiko" Qrizmannın "Barselona"ya keçidinə lisenziya verilməməsi ilə bağlı bizə sorğu göndərib. Bizim ona qadağa qoymaq imkanımız var. Ancaq əvvəlcə müvafiq qurumlar sözügedən məsələylə bağlı qərar verməlidir. "Barsa"nın qaydanı pozub-pozmadığını bilmirəm. Əgər "Atletiko" tərəfi belə hesab edirsə, öz hüquqlarını müdafiə etməlidir. Burada bir çox nüanslar var. Odur ki, hər şey qısa vaxtda başa çatmayacaq. Bunun üçün uzun müddət lazımdır. Ancaq istənilən halda, iki klub lisenziya ilə bağlı mübahisə edirsə, La Liqa ən doğru qərarı qəbul etməlidir".

Qeyd edək ki, "Atletiko" rəsmiləri "Barselona"nın Qrizmannın transferi zamanı qayda pozuntusuna yol verdiyini bildirir. Madridlilər iddia edir ki, Kataloniya klubu 28 yaşlı futbolçu ilə hələ mart ayında razılığa gəlib. Paytaxt təmsilçisi bu səbəbdən qarşı tərəfin 120 deyil, 200 milyon avro təzminat ödəməsini tələb edir.

Xatırladaq ki, Qrizmannın transfer qiyməti iyun ayının 30-dan etibarən avtomatik olaraq, 200 milyon avrodan 120 milyona düşüb.

 


Etiketlər:  Qrizmannın Barselonada oynamasına qadağa qoyula bilər


RƏYLƏR