Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da məktəbdə silahlı insident: 15 yaşlı şagird öldü

ABŞ-da məktəbdə silahlı insident: 15 yaşlı şagird öldü

Tarix: 2 Mart 2021 09:18

ABŞ-ın Arkanzas ştatındakı məktəblərdən birində silahlı insident olub.

APA "Associated Press"ə istinadən xəbər verir ki, Payn Blaff şəhərində baş verən hadisə zamanı 15 yaşlı yeniyetmə yaralanıb. 

O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Bildirilib ki, şagirdlərindən biri fasilə zamanı silahdan atəş açaraq hadisə yerindən qaçmağa cəhd edib. Polis əməkdaşları onu saxlamağa müvəffəq olub. 

Polis hadisənin başvermə səbəblərini araşdırır.

Milli.Az


Etiketlər:  ABŞ da məktəbdə silahlı insident 15 yaşlı şagird öldü


RƏYLƏR