Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 13:42
Bu günlərdə xarici nəşrlərin birində amerikalı alim Kristofer Meysonun Marsla bağlı yeni bir məqaləsi dərc edilib. Maraqlıdır ki, o öz yazısında bəşəriyyətin qarşıdakı yüz illiklərdə yaşamasını təmin etməyin ən yaxşı yolunun, kainatın başqa yerlərində axtarmağın vacib olduğunu bildirir. Burada önəm kəsb edən məsələ, Meysonun da bəzi həmkarları kimi, insanların təhlükəsiz yaşaması üçün şəraitin məhz Marsda olduğunu iddia etməsidir.
Sonxeber.net sia.az-a istinadən bildirir ki, bu ayın ilk günlərində Marsa göndərilən özügəzən aparat planet ərazisindəki deoksiribonuklein turşusunu tapa biləcəyi də daxil olmaqla Günəş sistemi ilə bağlı əsas sualların cavablandırılması istiqamətində yeni bir addım atmış olacaq.
Yəni Mars səthində gəzəcək aparat orada həyat əlamətlərini axtaracaq. Əgər hər şey plana uyğun gedərsə, NASA, Avropa Kosmik Agentliyi gəmisinin köməyi ilə 2032-ci ilin yazında Yerə torpaq nümunələri gətirəcək.
Qeyd edək ki, Meyson özügəzən aparatın Marsda deoksiribonuklein turşusunu tapmağın onun üçün elə də bir sürpriz olmayacağını gizlətmir. Maraqlıdır ki, o, bunu illərlə aparat üzərində çalışan mütəxəssislərin dəri hissəcikləri və tüpürcək damcılarının aparata düşə bilməsi ilə əlaqələndirir. Bundan əlavə, Meyson mikrob və deoksiribonuklein turşusu əlamətlərinin hələ 1971-ci ildə SSRİ-nin, 1976-cı ildə isə amerikalıların Marsın göndərdiyi apartlardan da planet səthinə düşə biləcəyini istisna etmir.
Amerikalı alim Yerdən kənarda həyat axtarmağın əsas səbəblərindən biri kimi, növlərin yaşamasını təmin etməklə əlaqələndirir. Onun fikrincə, insanların məsuliyyətli və təhlükəsiz şəkildə yaşaya bilməsi üçün başqa planetlərə köçmək ehtiyacı var. O bunu dünyadakı bütün növlər kimi insan növlərinin də yox olmasının qarşısının alınmasına hesablandığını bildirir. Məhz bu mənada Mars uzunmüddətli sağ qalma pilləkənində ilk zəruri addımdır.
..."Bir çox hallarda məsuliyyətləri özümüz seçirik. Ancaq həyatı qorumaq vəzifəsi, bizim ölümümüzün və yox olma ehtimalımızın şüuru ilə ayrılmaz şəkildə bağlıdır. İnsanlığın həyatına qayğı həm xudbin bir əmrdir, həm də misilsiz bir məsuliyyət. Həyatı bildiyimiz formada qorumaq üçün lazım olan hər şeyi edərək, kainatda yeni bir həyat tapa bilərik", - Fikirlər amerikalı alimə məxsusdur.