Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 15:28
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Maskın Rusiya Prezidenti Vladimir Putini söhbət etmək üçün "Clubhouse"a dəvət etməsindən sonra Kreml milyarderə müraciət ünvanlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O bildirib ki, müraciətə cavab verilməyib.
"Biz, əslində, bu təklifin təfərrüatlarını aydınlaşdırmaq üçün sorğu göndərmişdik. Heç bir cavab almamışıq",- Peskov qeyd edib.
Peskov bunun anlaşılmazlıq olduğunu ehtimal etdiyini bildirib.
Xatırladaq ki, 14 fevralda İlon Mask öz tvitter hesabında səsli əlaqə və onlayn konfranslar üçün nəzərdə tutulmuş "Clubhouse" tətbiqi barədə paylaşım edib və Rusiya Prezidenti Vladimir Putini platformada söhbət etməyə dəvət edib. Mask paylaşımında Kremlin Tvitter-dəki rəsmi hesabını işarələyərək "Sizinlə danışmaq böyük bir qürur olardı", - deyə bildirmişdi.