Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Manukyanın hərəkatı prezidentlə fövqəladə görüş tələb etdi - Müxalifət təşvişdə

Manukyanın hərəkatı prezidentlə fövqəladə görüş tələb etdi - Müxalifət təşvişdə

Tarix: 2 Mart 2021 18:04

Ermənistanda "Vətənin xilası naminə hərəkat" prezident Armen Sarkisyanla fövqəladə görüş tələb edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Vazgen Manukyanın başçılıq etdiyi hərəkat prezidentin baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması qərarı barədə mövqeyindən narazı qalıb. Hərəkat prezidentlə təcili görüşmək tələbi ilə çıxış edib.

Müxalifət A.Sarkisyandan qərarın qüvvəyə minməsinin qarşısını almağı tələb edir.

Qeyd edək ki, Armen Sarkisyan sözügedən qərarı imzalamayıb, lakin Ermənistan konstitusiyasına görə, qərar bu mərhələdən sonra avtomatik qüvvəyə minəcək.

Milli.Az


Etiketlər:  Manukyanın hərəkatı prezidentlə fövqəladə görüş tələb etdi Müxalifət təşvişdə


RƏYLƏR