Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dirçəliş planının bir hissəsi - VİDEO

Dirçəliş planının bir hissəsi - VİDEO

Tarix: 3 Mart 2021 12:58

Füzuli Beynəlxalq Aeroportu bölgədə turizm və logistikanı canlandıracaq

Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı tikilir.

Beynəlxalq hava limanının Tikinti işlərinin planlaşdırılan zamanda başa çatdırılması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub.

Tikintidə həm yerli həm də xarici mütəxəssislərlərin əməyindən istifadə olunur. Tikintini "AzVirt" MMC şirkəti həyata keçirir. Əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının tikintisinə başlanılıb.Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni hər tərəfdə 7,5 metr təhlükəsiz zolağı da daxil olmaqla 60 metrdir. Hazırda minalardan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülü hazırlanır. Bunun üçün torpaq yatağı çıxarılıb, əvəzinə təbii çınqıl materialı verilməklə hamarlanır və kipləşdirilir. Çınqıl işləri başa çatdıqdan sonra asfalt-beton örtüyü salınacaq.

Hava limanının inşası Qarabağın dirçəliş planının bir hissəsidir. Sözssüz ki, hava nəqliyyatının üstünlükləri Qarabağın potensialı ilə birləşdikdə nəticənin necə olacağını təsəvvür etmək çətin deyil.

Ekspertlər hesab edir ki,Qarabağın həm turistik bölgə olması ,həm də logistika baxımından əlverişli imkanlarının olması aeroportdan səmərəli istifadəyə yol açacaqdır.

Kəlbəcər və ya Laçın rayonları ərazisində də hava limanının inşasına qərar verilib.Yerin dəqiqləşdirilməsi prosesi isə aprel ayında yekunlaşdırılacaq.Bu rayonların ərazisində də hava limanının olması iqtisadi tərəfdən üstünlük qazandırmış olacaq.

Qeyd edək ki, Füzuli Beynəlxalq Aeroportunun Uçuş-enmə zolağının ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.


Etiketlər:  Dirçəliş planının hissəsi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ