Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 09:46
Tbilisi şəhərindəki "Rike Park" ərazisində yerləşən məşhur qrafin formalı tikilinin satışı ikinci dəfə uğursuz alınıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, binanın satışına dair bir ay davam edən açıq elektron hərrac bu gün başa çatıb. Onun alışına maraq göstərilmədiyi üçün hərrac yenə baş tutmayıb.
Qeyd edək ki, ilk dəfə 2020-ci ilin 5 fevral tarixində "Biznesə 100 investisiya təklifi" adlı dövlət proqramı çərçivəsində hərraca çıxarılan binanın ilkin dəyəri 95 mln. lari (28,6 mln. ABŞ dolları) müəyyənləşdirilib. Lakin özəlləşdirmə baş tutmadığından tikili yenidən 4 fevral 2021-ci ildə dəyəri 71,25 mln. lariyə (21,43 mln. dollar) endirilərək hərraca çıxarılıb.
Xatırladaq ki, ümumi sahəsi 15 min kvadrat metr olan şüşə və dəmir konstruksiyalı bina hazırda istifadəsizdir. Bina İtaliyanın "Studio Fuksos" şirkəti tərəfindən dizayn edilib.