Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 12:08
Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar ötən ilin noyabrın 28-dən tətbiq olunan məhdudiyyətlərin bir hissəsi martın 8-dən aradan qaldırılır.
Sonxeber.net aztibb.az-a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, ölkə ərazisindəki bütün restoranların qapalı otaq və kupelərdə fəaliyyətinə icazə verilir. Eyni zamanda, dağ kurortları açılır, alış-veriş mərkəzləri və yarmarkaların şənbə və bazar günləri də fəaliyyəti bərpa olunur.
Koordinasiya Şurasının qərarına əsasən, axşam saat 21:00-dan səhər 05:00-dək mövcud olan hərəkət məhdudiyyəti - komendant saatı isə qüvvədə qalır.