Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 20:56
Tvitter sosial şəbəkəsi tezliklə istifadəçilərə alış-veriş imkanı təqdim edəcək. Şirkətin "Mağaza" funksiyasını testdən keçirməyə başladığı bildirilir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sosial media mütəxəssisi Matt Navarranın paylaşdığı tvit Tvitterin bəzi yeniliklərini üzə çıxarıb. Navarranın sözlərinə görə, platforma hazırda alış-veriş tvitləri üzərində çalışır.
İddialara görə, Tvitter çox sadə alış-veriş kartı hazırlayır. Bununla yanaşı, yeniliklə satıcılara məhsul haqqında açıqlama verməyə imkan yaradan 280 simvolluq statusların istifadəyə veriləcəyi gözlənilir.
Bununla şirkət gəlir mənbələrini genişləndirmək və istifadəçiləri platformada daha uzun müddət saxlamağı hədəfləyir.