Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Haalandan ÇL-də möhtəşəm rekordlar

Haalandan ÇL-də möhtəşəm rekordlar

Tarix: 10 Mart 2021 14:06

"Borussiya"nın hücumçusu Erling Halaand Çempionlar Liqasında 20-ci qolunu vurmaqla rekord qırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı norveçli "Sevilya" ilə ÇL-in 1/8 final mərhələsinin cavab matçında (2:2) dubl edib.

UEFA-nın saytı Haallandın qitənin birnömrəli klub turnirindəki çıxışı ilə bağlı statistik hesabat yayıb. Bildirilir ki, o, 20 qolu 14 oyuna vurub və bununla da "Tottenhem"in hücumçusu Harri Keyni geridə qoyub. Hazırda ÇL tarixinin ən yaxşı bombardiri olan Kriştiano Ronaldoya isə 20 qol vurmaq üçün düz 56 oyun lazım olmuşdu. Bundan başqa, Halaand ÇL tarixinin 21 yaşa qədər ən çox qol futbolçularının siyahında da liderliyi ələ alıb. O, buna 20 yaş 231 günlüyündə nail olub.

ÇL-də 20 ən tez qol vuran futbolçular

14 oyun: Erlinq Halaand
24: Harri Keyn
26: Alessandro Del Pyero
27: Ruud van Nistelroy
28: Filippo İnzaqi
32: Mario Qomes
33: Rivaldo
33: Jardel
34: Kərim Benzema
35: Marko Simone

ÇL-də 20 qol vuran ən gənc futbolçular:

Erlinq Halaand: 20 yaş 231 gün
Kilian Mbappe: 21 yaş 355 gün
Lionel Messi: 22 yaş 266 gün
Raul Qonsales: 22 yaş 297 gün
Alessandr Del Pyero: 23 yaş 157 gün
Kərim Benzema: 23 yaş 282 gün
Ueyn Runi: 24 yaş 157 gün
Tomas Müller: 24 yaş 159 gün
Andrey Şevçenko: 24 yaş 165 gün
Kriştiano Ronaldo: 24 yaş 306 gün

Erlinq Halaandın ÇL-də qol vurduğu illər:

2019: 8
2020: 8
2021: 4

"Zalsburq": 8
"Borussiya" Dortmund: 12

Sağ ayaqla: 4
Sol ayaqla: 15
Başla: 1

Evdə: 12
Səfərdə: 8

Milli.Az


Etiketlər:  Haalandan ÇL möhtəşəm rekordlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ