Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən gün 4 nəfər xilas edilib, 1 nəfərin meyiti çıxarılıb - FHN - VİDEO

Ötən gün 4 nəfər xilas edilib, 1 nəfərin meyiti çıxarılıb - FHN - VİDEO

Tarix: 10 Mart 2021 15:08

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Ötən gün 4 nəfər xilas edilib 1 nəfərin meyiti çıxarılıb FHN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ