Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 11:04
Sonxeber.net bildirir ki, paytaxtda yenidən qar yağa bilər. Sabah Bakıya və Abşeron yarımadasına yağış yağacağı, martın 12-də isə qara çevriləcəyi ehtimalı var. Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda çovğun da gözlənilir. Qeyri-sabit hava şəraiti bölgələrdə də müşahidə ediləcək.
Sabahdan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Bakıya sulu qar və qar yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, güclü küləyin əsəcəyi, çovğun olacağı da gözlənilir
Bölgələrdə də havanın dəyişəcəyi, bəzi yerlərə sulu qar və qar yağacağı gözlənilir.
Qeyri-sabit hava şəraitinin martın 13-ü səhər saatlarına qədər davam edəcək.
Ətraflı "XəzərXəbər"in süjetində: