Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 18:12
2021-ci ilin fevral ayında Braziliyada illik inflyasiya 5,2% təşkil edib ki, bu da son 4 ildən artıq olan müddətdə ən yüksək göstəricidir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, inflyasiyanın artmasının əsas drayveri ölkə nəqliyyatında xərclərinin artması olub. Belə ki, Braziliyada yanacağın qiyməti fevralda 7% artıb.
Qeyd edək ki, 2021-ci il üçün Braziliya Mərkəzi Bankının hədəf inflyasiya səviyyəsi 3,75±2% təşkil edir.