Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo barədə yeni iddia: “Real”

Ronaldo barədə yeni iddia: “Real”

Tarix: 12 Mart 2021 12:00

Kriştiano Ronaldonun bu mövsümün sonu "Yuventus"u tərk edəcəyinə dair xəbərlər sürətlə yayılmaqdadır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisinin Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmasından sonra portuqaliyalı ulduzun gedəcəyinə daha iddialar daha da artıb. Bu dəfə isə futbolçunun adı keçmiş klubu "Real"la hallanmağa başlayıb.

"El Chiringuito" TV-nin Tvitter səhifəsi yazır ki, futbolçunun meneceri Jorje Mendeş bu günlərdə Madrid klubunun prezidenti Florentino Pereslə görüşüb. Görüşdə Kriştianonun sabiq komandasına qayıtması məsələsi müzakirə olunub.

Qeyd edək ki, daha əvvəl Ronaldonun karyerasını "İnter Mayami" və ya PSJ-də davam etdirə biləcəyinə dair də xəbərlər yayılıb.

Milli.Az


Etiketlər:  Ronaldo barədə yeni iddia Real


RƏYLƏR