Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2021 16:20
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərinə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Füzuli rayonunun işğaldan azad olunmuş Horadiz kəndinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.
Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri Ş.Süleymanov, S.Hüseynov və A.Alışov olmaları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.