Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sarkisyan xəstəxanaya yerləşdirildi

Sarkisyan xəstəxanaya yerləşdirildi

Tarix: 12 Mart 2021 19:16

Ermənistan Prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Armeniya"ya onun köməkçisi Asmik Petrosyan bildirib.

Sarkisyan Yerevandakı "Astxik" tibb mərkəzində müalicə olunur. Petrosyanın sözlərinə görə, prezidentin səhhətində koronavirusla əlaqədar müəyyən fəsadlar yaranıb və o, bu səbəbdən klinikaya yerləşdirilib.

Qeyd edək ki, Armen Sarkisyana bu ilin yanvarında koronavirus diaqnozu qoyulub. O, Londonda müalicə olunub və fevralın 8-də Ermənistana qayıdıb.

Sabah Sarkisyanın baş nazir, parlamentin fraksiya rəhbərləri və müxalifətçilərlə görüşü olacaqdı. 

Milli.Az


Etiketlər:  Sarkisyan xəstəxanaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ