Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürəyindən qəlpə yarası almış qazi Elçindən xəbər var - VİDEO

Ürəyindən qəlpə yarası almış qazi Elçindən xəbər var - VİDEO

Tarix: 12 Mart 2021 20:42

Vətən müharibəsi qazisi Elçin Səmədov müalicədən sonra yeni evinə dönüb.

Sonxeber.net bildirir ki, İTV əməkdaşları qazimizin yeni evində qonaq olub. Bakıda müalicəsini uğurla başa vuran qazi Qəbələyə, evinə qayıdıb.

Müalicədən sonra Elçinin nitqində xeyli irəliləyiş var. Əvvəlkinə nisbətən az da olsa gəzə bilir. Günü gündən vəziyyəti daha da yaxşılaşır.

Qazinin yeni evi xeyirxah insanlar tərəfindən tikilib. O, əvvəllər vaqon evdə yaşayırdı. 

Xatırladaq ki, Elçin Səmədov Vətən müharibəsində ürək nahiyyəsindən qəlpə yarası almışdı.


Etiketlər:  Ürəyindən qəlpə yarası almış qazi Elçindən xəbər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ