Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 10:46
Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda bu gün səhər Bakıya gəlib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçunu hava limanında "Neftçi"nin nümayəndələri qarşılayıblar.
Bu gün 34 yaşlı futbolçu ilə müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, Honda karyerası ərzində "Naqoya" (Yaponiya), "Venlo" (Niderland), ÇSKA (Moskva, Rusiya), "Milan" (İtaliya), "Paçuka" (Meksika), "Melburn Viktori" (Avstraliya), "Vitess" (Niderland) və "Botafoqo"da (Braziliya) çıxış edib.