Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bölgələrdə evlərin qiymətləri bahalaşdı - VİDEO

Bölgələrdə evlərin qiymətləri bahalaşdı - VİDEO

Tarix: 15 Mart 2021 12:30

Bölgələrdə evlərin qiymətində ciddi artım müşahidə olunur. Böyük şəhərlərdə 1-2 otaqlı evlərin qiyməti 5 min manat civarında bahalaşıb. Ev alqı -satqısı ilə məşğul olanlar mənzillərin bahalaşmasını ipoteka kreditlərinin verilməsi ilə əlaqələndirirlər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən əməkdaşı Gəncə, Mingəçevir və Şirvan şəhərlərindən hazırlanan reportajı təqdim edir.

Ölkənin 4-cü böyük şəhəri olan Mingəçevirdə əsasən 1-2 otaqlı bina evlərinin qiyməti əl yandırır.

Şəhər sakinləri bildirir ki, ötən il bu vaxtı qiyməti 20-22 min manata olan bina evləri hazırda 28-30 min manata təklif edilir. Mingəçevirdə əsasən satışa çıxırılan "Lelinqrad" və "Xruşovka" tipli 1 və 2 otaqlı mənzillərdir ki, onların təmirsiz olanına belə yaxın düşmək olmur.

Mingəçevirdə reiltor xidmətində çalışanlar da qiymətlərin artdığını təsdiqlədilər. Dedilər ki, ipoteka krediti ilə ev alanların sayının artması, bəzi ev satanların süni qiymət artımı etməsinə də səbəb olub.

Gəncədə də son günlərdə əmlak bazarında həm canlanma, həm də bahalaşma müşahidə olunmaqdadır. Reiltor xidməti ilə məşğul olanlar deyir ki, bahalaşma son 15 gündə xüsusilə diqqətə çarpır. Ən çox tələbat isə bina evlərinədir.

Müştərilər xüsusilə köhnə binalardakı mənzillərə maraq göstərirlər. Qiymətlərdəki artım isə 10 faiz civarındadır. Həyət evləri ilə maraqlananlar da az da olsa mövcuddur. Onların da qiymətində qismən bahalaşma müşahidə olunur.

Şirvanda da, mənzillərin qiymətində artım  daha çox bina evlərində özünü göstərir. Reiltorların fikrincə, buna səbəb  son dövrlərdə  ipoteka ilə mənzil alanların sayının artmasıdır.

Bildirilir ki, bağ evlərinə də tələb var. Həyət evlərinin qiymətində isə cüzi artım müşahidə olunur.

Milli.Az


Etiketlər:  Bölgələrdə evlərin qiymətləri bahalaşdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ