Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

General Rövşən Əkbərovun həbsinin şok səbəbi

General Rövşən Əkbərovun həbsinin  şok səbəbi

Tarix: 16 Mart 2021 00:34

General-leytenant Rövşən Əkbərov həbs edilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. Sabiq birlik komandiri bir müddət əvvəl müdafiə naziri Zakir Həsənovun əmri ilə ehtiyata buraxılıb.

Bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb. 

Dövrü mətbuatda vaxtilə ilə yayılan məlumatlara görə, cinayət işi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə ilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.


Etiketlər:  General Rövşən Əkbərovun həbsinin şok səbəbi


RƏYLƏR