Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 11:48
Mal-qaranın və bitkilərin sığortası ilə bağlı kalkulyator istifadəyə verilib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, fermerlər kalkulyatorun köməyi ilə heyvanların və bitkilərin sığorta haqqını hesablaya bilərlər.
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" İdarə Heyətinin üzvü Elvin Əliyev bildirib ki, kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri, o cümlədən heyvanların sığortası haqları barədə daha aktiv məlumatlandırmaqdır. Kalkulyatorla yalnız aqrar sığorta mexanizmi vasitəsilə sığortalanan heyvanlar və bitkilər üçün ödəniləcək məbləği hesablamaq mümkündür.
Kalkulyator Aqrar Sığorta Fondunun asf.gov.az internet saytında yerləşdirilib.
Yaxın vaxtlarda aqrar sığortaya cəlb olunan heyvanların və bitkilərin sayı artırılacaq və onlar barədə məlumatlar da kalkulyatora əlavə ediləcək.