Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 13:30
Türkiyənin Antalya şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Sonxeber.net unikal.org-a istinadla xəbər verir ki, 40 yaşlı şəxs gecə saatlarında ailəsini silahla öldürdüb. Bundan sonra o, intihar edib.
Belə ki, dəhşətli qətli törədən şəxs əvvəlcə ana və atasını yatdıqları yerdə silahla öldürüb. Daha sonra səs-küyə qaçan bacısını da başından vuraraq qətlə yetirib.
40 yaşlı cani son olaraq özünü silahla vurub. Hadisə yerinə polis əməkdaşları gəlib. Şəxsin hansı səbəbdən bu hadisəni törətdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.