Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2019 16:28
Bakı. Trend:
Bakı Şəhər Halqası bu gün “Formula-1” bolidlərinin sərbəst yürüşü zamanı yaranan qəza ilə bağlı açıqlama yayıb.
Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, açıqlamada bildirilir ki, bu gün keçirilən 2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisinin birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub:
"Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir.
Trekdə olan 300-dən çox lyuk təkrar yoxlanılıb və növbəti yarış sessiyasına start verilib".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin